Azərbaycan təhlükəli cinayətkarı Hindistana təhvil verib | VİDEO

   Azərbaycan təhlükəli cinayətkarı Hindistana təhvil verib    | VİDEO
  23 Avqust 2025    Oxunub:801
Ötən il Bakıda həbs edilmiş və Hindistanda ən çox axtarılan kriminal avtoritetlərdən biri olan Mayank Sinqhi Azərbaycandan Nyu-Dehliyə aparılıb.
AzVision.az “The Economic Times” nəşrinə istinadən xəbər verir ki, Hindistanın Terrorla Mübarizə Qrupunun zabitlərindən ibarət komanda Sinqhi Bakıdan Carkhand əyalətinin paytaxtı Rançiyə aparıb.

“Mayank Sinqh xaricdən ekstradisiya edilən Carkhanddan olan ilk qanqsterdir. İnterpolun Qırmızı Bildirişi ilə uzun müddət beynəlxalq axtarışda olan Sinqhin uzun cinayət tarixi var: o, uşaqlıq dostu və cinayətkar Lourens Bişnoyun dəstəsinin üzvü olub”, - qəzet yazır.

Hindistandan qaçmazdan əvvəl Sinqh Racastan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib. Onun barəsində 45-dən çox cinayət işi, o cümlədən adam öldürmə, hədə-qorxu ilə pul tələb etmə, hədə-qorxu gəlmə, silahlı basqın və cinayət əlaqəsinə girmə maddələri ilə cinayət işi açılıb.

Məlumatda bildirilir ki, Mayank Sinqh Azərbaycanda saxlanılan ilk hindistanlı qanqster deyil. 2023-cü ildə Bakıdan deportasiya olunan Harş kimi tanınan Sanciv Kumar Dehliyə çatan kimi həbs edilib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Sinqh   ekstradisiya  



Xəbər lenti